Rusiyanın Milli Anti-Terror Komitəsi (MAK) bildirir ki, Dağıstan Şimali Qafqaz Respublikasında xüsusi əməliyyat nəticəsində bir yaralı öldürülüb, böyük həcmdə partlayıcı maddə müsadirə olunub.
MAK-ın məlumatına görə, təhlükəsizlik qüvvələri Dağıstanın Kizilyurt rayonunda oktyabrın 6-da əməliyyat keçirib, yerli yaraqlı qrup üçün bomba hazırlayan Alidibir Asudinov öldürülüb.
Yaraqlı qrupa məxsus olduğu deyilən evdə axtarış aparılıb, 170 kq-dək partlayıcı maddə və xeyli sayda partlatıcı ilə yüklənmiş maşın aşkarlanıb.
MAK bildirir ki, qrup Dağıstanda terror hücumları planlaşdırırmış. Əməliyyatdan bir gün öncə Çeçenistan yaxınlığında intiharçı beş polisi öldürüb.