ABŞ-da homoseksualların evlənməsinə ıcazə verilən ştatların sayı 30-a çatdı

ABŞ, Provincetown - homoseksual turizmin paytaxtı

ABŞ Ali Məhkəməsi homoseksualların nikahının qadağan olunması haqda 5 ştatın müraciətini rədd edib.

Bununla da Ali Məhkəmə eyni cinsdən olanların evlənməsinə icazə verən ştatların sayının 30-a çatmasına yol açır.

Ali Məhkəməin qərarı İndiana, Oklahoma, Yuta, Virciniya, Viskonsin ştatlarında homoseksuaların evlənməsinin yubadılmasına dərhal son qoyur, daha 6 ştatda isə eyni cinsdən olanlar yaxın vaxtlarda evlənə biləcəklər.