Hava zərbələrinə baxmayaraq İD yaraqlıları Kobani şəhərini "təmizləməkdə" davam edir

ABŞ İslam Dövləti döyüşçülərinin mövqelərinə yeni hava zərbələri endirsə də, onlar Suriyanın Kobani şəhərini “təmizləmək”də davam edir. Bu şəhər Türkiyə ilə sərhəddə yerləşir.

ABŞ koalisiyası İD döyüşçülərinin irəliləməsini əngəlləmək üçün onların mövqelərinə havadan zərbələr endirib.

Bundan əvvəlki hava zərbələri uğursuz olmuşdu və Kobanidəki 180 min insan qaçaraq Türkiyə sərhəddinə sığınmışdı.

Sərhəddə Türk kürd nümayişçiləri və Suriyadan olan kürd qaçqınlar və sərhəddəki Türkiyə təhlükəsizlik xidmətləri arasında toqquşma olub.