Ramil Usubov Gəncədə vətəndaşlarla görüşəcək

Ramil Usubov, Azərbaycanın Daxili İşlər Naziri

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncədə vətəndaşlarla görüşəcək. Görüşün oktyabrın 25-də keçirilməsi nəzərdə tutulur.

Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Məlumata görə, qəbul bölgə üzrə daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə aid məsələlərlə bağlı (kadr məsələsi istisna olmaqla) olacaq.

Nazir Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşların qəbulu saat 10:00-da başlayacaq.