Ötən ay SOCAR bir barrel neftə görə 5 dollar - ümumilikdə 65 milyon itirib

Arxiv foto

Sentyabr ayında SOCAR Ceyhan tipli (BTC FOB) xam neftin barrelini ortalama 98,29 dollardan satıb. Neft Araşdırmaları Mərkəzinin yaydığı məlumata görə, təkcə ötən ay SOCAR xam neftin satışından hər barrelə görə, azı 5 dollar itirib. Beləki avqust ayında neftin bir barellinə görə ortalama satışı 103,08 dollar olub.

Növlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin yaydığı məlumata görə, sentyabr ayında Ceyhan boru kəməri vasitəsi ilə 13 milyon 43 min barrel neft ixrac edib. Avqustda bu göstərici 14 milyon 375 min barrel olub. Deməli, hər barrelə görə 5 dollar itirdiyini nəzərə alsaq ümumilikdə SOCAR avqustla müqayisədə sentyabr ayında nefti təxminən 65 milyon dollar daha ucuz satıb.

Sentyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 97,30 dollara,

Urals nefti-96,13 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 98,29 dollar olub