Azərbaycan Fransaya nota verib

Azərbaycanının Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə, Milli Assambleyasına və turizm sərgisinin təşkilatçılarına etiraz notası göndərib.

Notada 23-26 sentyabrda Parisdə keçirilən turizm sərgisində Ermənistana aid pavilyondan qondarma Dağlıq Qarabağ rejiminin təmsil olunmasına etirazlarını bildirilib.

Azərbaycanı xarici işlərinin nazirliyinin yaydığı məlumata görə, etiraz notasının başqa bir səbəbi də Fransa Milli Assambleyasının üzvü Francois Roshebloun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı olub.