1 milyon 400 min müsəlmanın Həcc ziyarəti başlanıb

Oktyabrın 2-də Həcc ziyarəti başlanıb. Dünyanın 160 ölkəsindən 1 milyon 400 min müsəlman Səudiyyə Əristanındakı Məkkə şəhərinə Həcc ziyarətinə gəlir.

Ziyarətin sonunda - oktybarın 4-də zəvvarlar Arafat dağına gələcəklər.

Həcc islamın 5 əsas tələbindən biridir.

Bu ilki Həcc ziyarətində təhlükəsizlik tədbirləri səsrtləşdirilib. Bu həm İslam Dövləti yaraqlıları, həm də MERS, Ebola xəstəliklərinin yayılmağı ilə bağlıdır.