Belarus KQB-si: "Ukraynada vuruşan belaruslar həbsxanaya salınacaq"

Ukraynada vuruşan Belarus vətəndaşları həbsxanaya salınacaq. Belarusun KQB sədri Vakulchuk Minskdə oktyabrın 2-də deyib ki, əgər hər-hansı Belarus vətəndaşı, Ukraynada bu və ya o biri tərəfdə vuruşubsa, o, yaraqlı hesab olunur və Belarus qanunlarına görə, bu, cinayətdir.

Belarusda belə yaraqlılar 7 ilədək həbsə məhkum oluna bilərlər.

Media məlumatlarına görə, Ukraynada belaruslar da vuruşur. Onlar əsasən rusiyapərəst yaraqlılar tərəfindədir.

Ancaq əks tərəfdə olan Belarus yaraqlıları haqda da məlumatlar var.