ABŞ İD-ə hava zərbələrini davam etdirir

Oktyabrın 1-də İraqın Ənbər vilayətində İslam Dövləti (İD) yaraqlıları ilə hökumət qüvvələri arasında ağır döyüş davam edib. Ramadi şəhəri yaxınlığında tərəflər Fərat çayı boyunca kənd yerləri uğrunda döyüşürlər.

Fəllucədə yaraqlılar və hökumət qüvvələri şəhəri nəzarətə almağa çalışırlar.

İraqın şimalında isə koalisiya qüvvələri Rabia şəhəri yaxınlığında İD yaraqlılarına hava zərbələri endirib.

Britaniya da artıq ikinci gündür İD yaraqlılarına hava zərbələri endirir.