Azərbaycan və Türkiyə hərbi helikopterləri şərti döyüş uçuşu keçirib

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin təlimi

Sentyabrın 29-da Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin növbəti mərhələsində hərbi helikopterlər uçuşlar keçirib. Müxtəlif manevrlər yerinə yetirən pilotlar şərti döyüş imitasiya olunmaqla quru qoşunlarına dəstək vermək məqsədilə yer hədəflərinə helikopterlərdən atışları yerinə yetiriblər.