«Çölçü» yenə mükafat aldı!

"Çölçü" filmi

-

Şamil Əliyevin “Çölçü” filmi İndoneziyanın Cakarta şəhərində keçirilmiş “International Movie Award - 2014” kinofestivalının “Ən yaxşı rejissor işi” üzrə “Platinum mükafatı”na layiq görülüb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, müsabiqəyə 30 lkədən 225 film seçilib.

Filmlər “Platinum” və “Gold” olmaqla, 2 bölmədə mükafatlandırılıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış bu film 30-dək beynəlxalq kinofestival və forumlarda iştirak edərək bir neçə mükafat və diplomlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub.