Mən səndən ötru ölmürəm!..

Əfrasiyab Nurullahi

-

Arazın o tayından

Əfrasiyab Nurullahi

...

Mən səni sevirəm!

Bu, o demək deyil ki;

Səndən ötru ölürəm.

Mən səndən ötru ölmürəm!

Bu, o demək deyil ki;

Sevdiklərim uğrunda ölə bilmirəm!

Yeri gəlsə,

Sevmədikləri uğrundada ölə bilər “afrasiyab”

1387

...

Nə telini şəlaləyə bənzədirəm,

Nə qaşını haləyə,

Nə yanağını laləyə,

Nədəki nəyini nəyə nəyə..!

Səni,

Öyləki varsan,

Yazmaq istəyirəm,

Bir azda,

Xətrinə dəyə dəyə..!

1379