Yaponiyada vulkan püskürdü

Vulkan

Yaponiyada püskürən vulkan 30 adamın həyatına son qoyub. 40-dan çox xəstə var.

Vulkan ölkənin mərkəzi hissəsi olan Ontake-də püskürüb.

Polisin məlumatına görə, adamlar nəfəs ala bilmədikləri və ürəyin dayanması səbəbindən vəfat ediblər.

Ontakedəki vulkan Tokiodan 200 km qərbdə yerləşir. Yaponiyanın ikinci böyük vulkanı sayılır.