Qeylərin yürüşü toqquşmalarla nəticələndi

Sizin brauzer HTML5-i dəstəkləmir

Sentyabrın 28-də Serbianın paytaxtında LGDP fəallarının yürüşü qarşıdurma ilə nəticələnib. 3 il əvvəl Belqradda Qey-parad iştirakçılarına hücumlardan sonra seksual azlıqların yürüşləri müvəqqəti qadağan edilmişdi. Bu qadağanın vaxtı bitən kimi yeni Qey-parad keçirilib. Homofillərin bu təşəbbüsünə bir sıra Serbiya siyasətçiləri də qoşulublar. Onlar deyirlər ki, Belqradın azad və tolerant şəhər olduğunu göstərmək istəyirik. Lakin 3 il əvvəl olduğu kimi, güclü polis mühafizəsində olan parad iştirakçılarına hücum cəhdləri baş verib. (AzadliqRadiosu Balkan xidmətinin görüntüləri)