George Clooney hüquq müdafiəçisi ilə evləndi

George Clooney gəlin Amal Alamuddin ilə Venesiyaya toy mərasiminə gələrkən

Amerikalı Aktyor George Clooney Livan əsilli britaniyalı hüquq müdafiəçisi Amal Alamuddin-lə Venesiyada ailə qurub. Clooney-nin sözçüsü Stan Rosenfield toyun sentyabrın 27-də baş tutduğunu təsdiqləyib.

Qonaqlar arasında aktyorlar Matt Damon, Bill Murray, model Cindy Crawford və U2 ifaçısı Bono da olub.

Clooney 53, Alamuddin 36 yaşındadır. Cütlük apreldə nişanlanmışdı.

Mərasim məşhur Grand Canal-a baxan oteldə baş tutub.

Clooney öncə Talia Balsam-la evil olub, 1993-cü ildə boşanıb.

Clooney iki dəfə Oskar alıb.

Amal Alamuddin Wikileaks-in yaradıcısı Julian Assange və Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenko-nu müdafiə edib.