III Bakı Beynəlxalq Teatr Konfransı Musiqili Teatrda keçiriləcək

Azərbaycan Dövlət Musiqili Teatrı

-

Mədəniyyət və Turizm Nazirliyinin 5-6 noyabr tarixlərinə planlaşdırdığı “Teatr sənətinin multikulturalizm--universal dəyərlər sistemində yeri” mövzusunda III Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək.

Dövlət Musiqili Teatrının Mətbuat XidmətininAzadlıqRadiosuna verdiyi xəbərə görə, konfrans 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının 2.15-ci bəndinə əsasən keçirilir.

Bu bənddə Mədəniyyət və Turizm Nazirliyinə Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi tapşırılmışdı.

Konfransda 70-dən artıq ölkədən 150 nəfər qonağın iştirakı gözlənilir.

Tədbir çərçivəsində ASSİTEJ və UMİNA təşkilatlarının Milli Mərkəz nümayəndələri ilə görüşləri, habelə, sənət ustaları üçün müxtəlif mövzularda treninqlər keçiriləcək.