ATƏT-in toplantısında azərbaycanlı siyasi məhbuslarla bağlı aksiya

Varşava, ATƏT-in toplantısında azırbaycanlı siyasi məhbusların şəkilləri ilə köynək geyinib aksiya keçirən fəallar.

-

Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun təşkil etdiyi zirvə toplantısında Azərbaycanda siyasi məhbuslarla bağlı aksiya keçirilib.

Sentyabrın 23-də əyinlərinə azərbaycanlı siyasi məhbusların şəkilləri yapışdırılmış köynəklər geyən fəallar konfrans zalına daxil olublar.

Sentyabrın 22-dən başlayan toplantıda əsasən insan haqları və demokratiya məsələləri müzakirə olunur. Tədbirdə ATƏT üzvü olan ölkələrin nümayəndə heyətləri, səfirlər, QHT rəhbərləri və tanınmış diplomatlar iştirak edirlər.

Müzakirələr oktyabrın 3-ə qədər davam edəcək.

Azərbaycanda 28 insan haqları müdafiə təşkilatı və hüquq müdafiəçisinin birgə hazırladığı siyahıda ölkədə 100-ə yaxın siyasi məhbus olduğu göstərilir.

Varşava, ATƏT-in toplantısında azırbaycanlı siyasi məhbusların şəkilləri ilə köynək geyinib aksiya keçirən fəallar.