Bakı-Tbilisi-Qars - Ümid yolçuluğu

Uzun illərdir planlaşdırılan və tikintisi davam edən Bakı-Tbilisi-Qars dəmiryolu lahiyəsi Bakını Qarsa birləşdirəcək. Bu dəmir yolu vasitəsi ilə istər sərnişin, istərsə də yük daşımında uğurlar qazanılması nəzərdə tutulur.

Dəmiryolu xətdi Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedəcək. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirəcək.

2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.

Tikinti işləri 2007-cı ildə başlayıb 2010-cu ildə bitməsi planlaşdırılırdı. Lakin 2008-ci ilin yayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi və qlobal maliyyə böhranı layihənin həyata keçirilməsini ləngitdi. Buna baxmayaraq tikinti işləri davam etdirilir və güman edilir ki, bu ilin sonuna qədər ilk qatar reysə oturacaq.

Qars şəhərində yerli insanlarla söhbətləşdik. Onların bu layihədən gözləntiləri nədir? Onların fikrincə reyslərdəki qatarlar onların güzəranına nə kimi dəyişikliklər gətirəcək?

Velosiped təmirçisi Murad usta. Murad ustanın babası XX əsrin əvvəllərində Qafqazlardan Qarsa küçmüş və sonra I Dünya Müharibəsinin başlanması ilə orda yerləşmişlər.

Murad usta deyir ki, onun həm babası, həm də atası həmişə Bakı həsrəti ilə yaşayıblar. Amma Sovetlər zamanı Bakını görmək onlara nəsib olmayıb. O, deyir ki, atam da babam kimi "Bakı" deyə-deyə vəfat etdi. Amma mənə Bakını görmək deyəsən nəsib olacaq. Qatar yolu açılan kimi ilk sərnişini mən olacağam, burdan qatara minib Bakıda düşüb torpağını öpəcəyəm.

Oğlu ilə odun satıcılığı ilə məşğul olan Əliəşrəf bəy Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılmasından ümidli danışır. O deyir ki, bu bölgə mərkəzi hökumətin o qədər də diqqəti mərkəzində deyil. Bəlkə bu layihə reallaşdıqdan sonra insanlar öz-özlərinə gün ağlayarlar.

Ailəlikcə odun ticarəti ilə məşğul olan başqa Qars sakinləri. Qrupun ən cavanı Müzəffər bəy bir az ehtiyatlı danışır. O , deyir ki, əslində gözləntilərimiz çox yüksəkdir, elə düşünürük ki, bizə bu qatarlarda var-dövlət gələcək. Amma bunu görmədikdə narahat olacağıq. Gözləntilərimizi azaltmalıyıq. Müzəffər bəy deyir ki, sözsüz yerli əhali də xeyir götürəcək, amma bu reyslərdə əsasən yüklər daşınacaq Bakıda İstanbula.

Müzəffər bəyin odun anbarında çalışan azərbaycanlı, Şərur rayonundan gəlib Qarsda işləyən Həsən əmi optimistdir. Həsən əmi bircə kəlmə ilə fikrini izah edir: "Buralara nə qədər çox adam gəlsə burda o qədər çox adam olacaq. Bizim də işimiz çoxalacaq."

Qars vağzalının ətrafında oynayan uşaqlar.

Qars bazarından bir foto.

Dımir yolu xəttinin keçdiyi bölgədə yaşayan Əli dayıdan soruşuruq ki, bu ərazilərdə yerləşəm mülklər, evlər dəmir yolu xətti keçəcək deyə söküləcəyi deyilir. O, bu haqda məlumatlı olduğunu deyir. Əli dayı deyir ki, əgər dövlət belə edəcəksə deməli belə olmalıdır və yəqin ki, bundan daha yaxşı bir şərait yaradacaq.

Qatar reysləri yaxınlığında oynayan uşaq.

Qatar reysləri yaxınlığında istirahət edən uşaqlar.

Mütəxəssilərin fikrincə bu layihə dəmir yolunun keçdiyi ərazilərdə öz müsbət izini buraxacaq, yeni iş yerləri açılacaq, turizm inkişaf edəcək.

Qarsın Ermənistanla sərhəddə yerləşən Akkaya qəsəbəsinə aid bir kənd evi. Belə kəndlərdə adətən insanlar bu cür evlərdə və bir çox vaxt ev heyvanları ilə birgə yaşayırlar.

Akkaya qəsəbəsinin Ermənistanın Gümrü şəhəri ilə sərhəddə yerləşən bir dağ kəndinin balaca qızları.

Ayaqqabı boyaçıları.

Əhməd bəy, Qarsın mərkəzi bazarında dəmirçilik edir. Bu peşə onlarda bir neçə nəsildir davam edir. Əhməd bəy, əvvəllər bu emalatxanada atası ilə birgə işləyərdi, indi artıq atası yaşlanıb, işləyə bilmir. Əhməd bəy deyir ki, həyatımız yeknəsək olduğundan bu layihə söhbəti ortaya çıxdığı vaxtdan sevincərək olmuşuq. Fikirləşirik ki, artıq şəhərimiz fərqli adamlar da görəcək. Şəhərimizə turist gəlişi artıqca işlərimizin də gətirdiyi qazanc sözsüz ki, artacaq.

Məhəmməd bəy də, Əhməd bəy ki, dəmirçidir. O gününü dəmir sobası düzəltməklə keçirir. Bəzən yorğun olanda alır əlinə sazını, bir türkü söyləyir, yorğunluğunu çıxarır. Belə anlardan biri: Dəmirçi Məhəmmədin qızı ona nahar yeməyi gətirib, dəmirçi isə qızı üçün saz çalır, bir türkü oxuyur.

Dəmir yolu xəttinin bir hissəsinin keçəcəyi Hafiz Paşa məntəqəsinin İcra Nümayəndəsi İbrahim bəy deyir ki, bu layihə Qarsın qış turizmi üçün böyük inkişaf olacaq. Qış turizmi həvəskarları Gürcüstandan və Azərbaycandan daha ucuz qiymətə buralara gələ biləcəklər. Onun fikrincə bu layihə həm də Qarsın açıq hava muzeyi olan "Ani xərabələri"-nin tanıtımı üçün də müstəsna xidməti olacaq.

Ani xərabələri Qars ərazisində yerləşən, İpək Yolu üzərində salınmış Orta Əsrlər şəhərinin qalıqlarıdır. Hər il buraya dünyanın müxtəlif yerlərindən 10 minlərlə turst məhz bu şəhəri görmək üçün gəlir.

Ani şəhərinin qalırlaq.

Ani şəhərinin qala divarlar.

Ani şəhərinin yanından keçən, Türkiyə ilə Ermənistanı ayıran Arpa çay.

Qars şəhərinin mərkəzində Qars qalası.

Qars şəhərinin mərkəzi.

1878-ci il Balkan müharibəsindən ta 1920-ci ilə qədər bu əraziləri idarə edən Çar Rusiyası zamanı şəhərdə inşa edilmiş binalar.

1878-ci il Balkan müharibəsindən ta 1920-ci ilə qədər bu əraziləri idarə edən Çar Rusiyası zamanı şəhərdə inşa edilmiş binalar.

Qarsda müxtəlif kəsim insanlardan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı söhbətləşdik. Layihə ilə bağlı əksər insanların gözləntisi böyükdür. Rəsmilərin dediyinə görə bu ilin sonuna qədər layihə tamamlanacaq və ilk qatar reysdə hərəkət edəcək. Amma bu layihə insanların gözləntilərinə cavab verəcəkmi? Bunun cavabını zaman verəcək.