Bin Laden-in sözçüsünə ömürlük həbs verilə bilər

Osama bin Laden

Sentyabrın 23-də ABŞ məhkəməsi Osama bin Laden-in kürəkəninə terrorçuluğa görə ömürlük həbs kəsə bilər. Sulaiman Abu Ghaith-ə martda ittiham irəli sürülüb. O, Al-Qaeda sözçüsü kimi amerikalıların ölümündə rolu olmaqda ittiham olunub.

11 sentyabr terrorundan sonra bu küveytli imam Al-Qaeda-nın səfərbərlik videolarını səsləndirib. O, videolardan birində xəbərdarlıq edib ki, “təyyarələrin bombalanması” dayanmayacaq.

Abu Ghaith məhkəmədə deyib ki, tamamilə dini rol oynayıb. Ona 15 illik həbs istənilib.