Tarixə böyük hərflərlə yazılmışkiçik qəsəbə - Sarıqamış

Sarıqamış Türkiyənin şimal qərbində Qars vilayətinə aid qəsəbədir. Kiçik qəsəbədir , amma adı Türkiyə və I Dünya Müharibəsi tarixinə düşmüş bir məkandır.

Sarıqamış Türkiyənin şimal qərbində Qars vilayətinə aid qəsəbədir. Kiçik qəsəbədir , amma adı Türkiyə və I Dünya Müharibəsi tarixinə düşmüş bir məkandır.

Osmanlı İnperiyası ilə Çar Rusiyası arasında 1878-79-cu illərdə baş vervmiş Balkan müharibəsində bu ərazilər Çar ordusu tərəfindən işğal edilmişdir. O vaxtdan 1920-ci ilə qədər bu ərazilər Çar Rusiyası tərəfindən idarə edilib.

Osmanlı İnperiyası ilə Çar Rusiyası arasında 1878-79-cu illərdə baş vervmiş Balkan müharibəsində bu ərazilər Çar ordusu tərəfindən işğal edilmişdir. O vaxtdan 1920-ci ilə qədər bu ərazilər Çar Rusiyası tərəfindən idarə edilib.

Buna görə Qarsda, xüsusilə Sarıqamışda siz tez-tez Çar zamanı tikilmiş binalara, köşklərə rast gələ bilərsiniz.

Onlardan biri Sarıqamışın yüksək dağ ətəyində dayanıb qəsəbəyə boylanan "Yekaterina Köşkü"-dür.

1900-1902 ci illərdə tikildiyi ehtimal olunan bu saray dövrünün çarı II Nikolayın öz həyat yoldaşı Yekaterina üçün tikdirdiyi qeyd edilir.

Taxtadan salınmış bu taxta saray Romanovlar üçün qışlaq yerlərindən biri idi. Adətən çar ailəsi bu ərazini ov üçün istifadə edirmiş.

1920-ci illərdə bu ərazilər Türkiyə tərəfindən geri qaytarıldıqdan sonra bu taxta saray bir müddət müxtəlif məqsədlər üçün istifadə edilib. İndi isə baxımsız vəziyyətdədir.

Balaca sarıqamışlılar.

Balaca sarıqamışlılar.

Qəsəbənin dağ ətəyində yerləşməsi, hər tərəfin dağlarla əhatələnməsi və qışda yağıntının çox olmasına görə Sarıqamış qış turizmi üçün Türkiyədə sayılıb-seçilən yerlərdəndir.

Qışda hava tempraturu -35, -40a qədər düşə bilir. Yuxarıda qeyd etdiyimiz I Dünya Müharibəsi zamanı "Sarıqamış faciəsi" kimi də tanınan hadisə burada sırf iqlimin çətinliyi ilə bağlı olmuşdur.

I Dünya Müharibəsi zamanı Türkiyənin cənub-Şərqini Çar ordusundan azad etmək üçün hərbi Nazir Ənvər Paşanın hazırladığı planla 1915-ci ilin yanvarın ilk günlərində 125 minlik osmanlı əsgəri Sarıqamış və "Allahu Əkbər"dağlarından irəliləyərək Çar ordusuna zərbə endirəcəkmiş.

Amma Sarıqamışın -40 soyuğuna əsgərlər cəmi 15 saat tab gətirə bilmiş və bəzi məlumatlara görə 60, bəzilərinə görə isə 90 min türk əsgəri güllə atmadan donaraq həlak olmuşlar. Həmin hadisə Osmanlı və Türkiyə tarixində "Sarıqamış Faciəsi" kimi xatırlanır.

"Sarıqamış Faciəsi" zamanı həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə.

Sarıqamışın balaca sakini.