Sanskt Peterburqda sülh marşına gələnlər Rusiya hakimiyyətindən narazıdır

Sankst Peterburqda sülh Marşına gələn Tatyana adlı yerli sakin Azadlıq Radiosuna deyir: “Mən bura ona görə gəlmişəm ki, Rusiya qoşunlarının Ukraynaya göndərilməsi cinayətdir. Krımın anneksiyası cinayətdir. Putin hakimiyyətdə qaldıqca, bunlar davam edəcək.”

Andrey adlı başqa nümayişçi deyir: “Mən bura ona görə gəlmişəm ki, baş verənlərdən narazıyam”.

Marina adlı nümayişçi isə deyir: “Mən sülkhə səs verməyə gəlmişəm. Mən qan tökülməsini, istər rusiyalının, istər ukraynalının qanının tökülməsini istəmirəm”.

Sankst Peterburqda, Moskvada və Ekaterinburqda sülh marşı keçirilir.

Nümayişçilər Rusiyanın Ukraynadakı hərbi fəaliyyətinə etiraz edir.