Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ sentyabrın 21-də səhərə yaxın Bakıdan 75 km şimalda qeydə alınıb.

35 km dərinlikdə, 3.0 maqnitudada baş verən zəlzələ hiss olunmayıb.