İran və 6 superdövlət danışıqların yeni mərhələsinə başlayır

İran və dünyanın 6 superdövləti Tehranın nüvə proqramının qarşısının alınması üçün danışıqların yeni mərhələsinə başlayır.

Danışıqlarda Britaniya, Çin , Fransa, ABŞ, Rusiya və Almaniya ( P5 + Almaniya) iştirak edəcək.

Sentyabrın 19-da başlayan danışıqlar qarşıdakı həftə boyu davam edəcək.

Həftəiçi ABŞ dövlət katibi John Kerry və həmkarlarının da bu danışıqlara qatılması gözlənilir. Tərəflər üçün yekun razılığa gəlmənin son tarixi 24 noyabrdır.