Şotlandiya səs çoxluğu ilə qərar verdi ki, müstəqil olmasın

Şotlandiya,referendum

Britaniya baş naziri David Cameron deyib ki, o, Şotlandiyanın Birləşmiş Krallıqda qalmağa səs verməsinə “heyran olub”. O, müstəqillik tərəfdarı olan seçicilərə “Sizi eşidirik” söyləyib və Şotlandiyaya daha çox səlahiyyət verilməsinə dair Londonun vədlərinin tam yerinə yetiriləcəyini deyib.

Referendumda müstəqilliyə “yox” deyənlər 55 faiz səs üstünlüyü qazanıb.

“Şotlandiya səs çoxluğu ilə qərar verdi ki, bu mərhələdə müstəqil olmasın. Mən xalqın bu hökmünü qəbul edirəm,” Şotlandiyanın Milli Partiyasının lideri Alex Salmond Edinburqda tərəfdarlarına deyib.