Obama Suriya, İraqda döyüşlər barədə danışır

Barack Obama

ABŞ prezidenti Barack Obama sentyabrın 18-də bəyanat yayaraq Konqresə Suriya döyüşçülərinə yardıma səs verdiklərinə görə təşəkkür edib.

Prezident həmçinin Fransaya təşəkkür edib ki, İraqda İslam Dövləti (İD) ekstremist qrupuyla mübarizəyə kömək təklif edib. Obama deyib ki, “ən köhnə və yaxın müttəfiqlərimizdən olan” Fransa “İŞİD” əleyhinə hava zərbələrində iştirak edəcək. İŞİD, İD-nin əvvəlki adıdır.

Konqres Suriyada prezident Bashar al-Assad və İD yaraqlılarına qarşı döyüşən qruplara ABŞ ordusunun təlim keçməsi, onları təchiz etməsinə dair qanun layihəsini qəbul edib. Obama deyib ki, Konqresin dəstəyi İD yaraqlılarına göstərib ki, amerikalılar “bu qədər günahsız din sakini qətlə yetirmiş İŞİD təhlükəsinə qarşı mübarizədə” bir yerdədir.