Azərbaycan və ABŞ hərbçiləri Ukraynada təlimə qoşulub

Sizin brauzer HTML5-i dəstəkləmir

Sentyabrın 16-da Ukraynanın qərbində - Lvov vilayətində «Cəld üçdişli 2014» adlı beynəlxalq taktiki təlimlər başlayıb. Təlimdə Azərbaycan, ABŞ, Almaniya, Böyük Britaniya da daxil olmaqla 15 ölkədən 1300 hərbçi iştirak edir. Hərbi təlimdə sülhməramlı missiyanın həyata keçirilməsi qaydaları məşq edilir.