Poroshenko şərq regionlarına 3 illiyə məhdud özünü-idarə təklif edir

Ukrayna prezidenti Petro Poroshenko separtaçı şərq regionuna 3 illiyə məhdud özünü-idarə təklif edir.

Poroshenkonun saytında bildirilir ki, prezident qanunvericilərə deyib ki, bu, daha geniş sülh planının tərkib hissəsidir.

Poroshenko bu təkliflərini qanun layihəsi şəklində sentyabrın 16-sı parlamentə tədqim edəcək.

Layihə şərq regionlarına qonşu regionlarla,o cümlədən Rusiya regionları ilə qonşu münasibətləri gücləndirmək hüququ verir.

Poroshenkonun özü deyib ki, bu plan Ukraynanın suverenliyini, ərazi bütövlüyünü möhkəmləndirməyə təminat verir.