Bakının qurtuluş günü

1918-ci ilin bu günü - 15 sentyabrda Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri daşnak-bolşevik işğalından azad edib.

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan olunsa da, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar daşnak-bolşevik işğalı altında olub.

Belə bir şəraitdə Osmanlı Türkiyəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə bu ölkənin hərbi naziri Ənvər Paşanın qardaşı Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Bakıya göndərib.

Bununla həm Azərbaycanın müstəqilliyi möhkəmlənib, həm də daşnak-bolşevik birləşmələrinin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncə şəhərindən Bakıya köçürülüb. Üç ay sonra isə ölkə parlamentinə seçkilər keçirilib.

Bakının azad edilməsi üğrunda döyüşlərdə şəhid olmuş türk əsgərlərinin xatirəsinə Bakıda, Şəhidlər xiyabanında ucaldılmış abidə.

Bakının azad edilməsi üğrunda döyüşlərdə şəhid olmuş türk əsgərlərinin adlarıvəşəhid olduğu yerlərin adı yazılmış lövhələr.

Bakının azad edilməsi üğrunda döyüşlərdə şəhid olmuş türk əsgərlərinin adlarıvəşəhid olduğu yerlərin adı yazılmış lövhələr.

Şamaxıda şəhid olmuş naməlum türk əsgərinin xatirəsinə ucaldılmış abidə.

Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz Müsəlman Ordusunun rəhbərləri Şəki şəhərində yerli əhali ilə birgə.

Şəki yaxınlığında şəhid olmuş naməlum türk əsgərinin xatirəsinə ucaldılmış abidə.