Rusiyada əlil uşaqların 30 faizinə dövlət necə baxır

Arxiv foto

-

Human Rights Watch (HRW) hüquq-müdafiə təşkilatının sentyabrın 15-də açıqladığı hesabatda deyilir ki, Rusiyada əlilliyi olan uşaqların 30 faizə yaxını dövlət internatlarında qalır və orada zorakılıq və etinasızlıqla üzləşir.

«Dövlətin tərk etdikləri» adlı hesabat üzə çıxarıb ki, bu uşaqların müəssisələrə yerləşdirilməsi və onlarla pis rəftar uşaqların sağlamlığına təhlükə yaradır və inkişafını əngəlləyir.

Qurumun tədqiqatçıları 200 uşaqdan, ailə üzvlərindən, vəkillərdən, internat işçilərindən müsahibə alıb, 10 uşaq müəssisəsinə baş çəkib.

Sentyabrın 15-də açıqlanmış hesabatın müəllifi Andrea Mazzarino deyir ki, uşaqlardan çoxunu həkimlər inandırır ki, onlar övladlarına lazımınca baxa bilmirlər və uşaqları internata yerləşdirirlər.

HRW bildirir ki, Rusiya hökumətinin bəzi tədbirlərinə baxmayaraq daha çox iş görülməlidir, Uşaqların Hüquqlarına dair Milli Fəaliyyət Strategiyası inkişaf etdirilməlidir.