ABŞ da Rusiyaya qarşı yeni sanksiyalarını elan edir

ABŞ sentyabrın 12-də Rusiyaya qarşı yeni sanskiyaları elan etdi.

Yeni ABŞ sanskiyalarında Rusiyanın müdafiə, enerji və bank sektoru hədəfə alınır.

ABŞ Maliyyə Nazirliyi Sberbankı maliyyə məhdudiyyətləri qoyulan banklar siyahısına saldı.

Bu banklar ABŞ maliyyə qurumlarından uzun müddətli kredit və maliyyə ala bilməyəcək.

ABŞ həmçinin dərin su və sahil yataqlarında neft kəşfiyyatındfa 5 Rusiya şirkətinə məhsullar, xidmətlər və texnologiya satmağı qadağan edir.

Reutersin məlumatına görə, bu 5 şirkət Rusiyanın dövlət hərbi-texnologiya şirkətləridir. Onların ABŞ-dakı hesablarında vəsait dondurulub.

Frans Pressin məlumatına görə, ABŞ-ın maliyyə sanksiyaları tətbiq etdiyi banklar və şirkətlər bunlardır: Sberbank, neft nəqli şirkəti Transneft, enerji şirkətləri – Lukoil, Qazprom, Qazpromneft, Surqutneftqaz və dövlət texnologiya qrupu Rostex.

Sentyabrın 12-də oxşar sanskiyaları Avropa Birliyi də elan edib. Ancaq Avropa Birliyinin sanksiyalarında Qazprom yoxdur, onun yalnız neft bölməsi olan Qazpromneft var.