Separatçılar Ukraynada döyüşlər zamanı saxlanan adamları azadlığa buraxıb

-

Ukrayna və rusiyameyilli seperatçılar döyüşlər zamanı saxlanan onlarla adamı azadlığa buraxıblar.

Ukrayna prezidenti Petro Poroshenko deyib ki, snetyabrın 12-də 36 yaraqlını azad ediblər, bir gün əvvəl isə 21-I buraxılıb.

Əsirlərin dəyişməsi Donetskdə baş tutub. Əraziyə rusiyameyilli qüvvələr nəzarət edir.

Hesab edilir ki, hər iki tərəfdə yüzlərlə əsir var.

Tərəflər sentyabrın 5-də atəşkəslə bağlı razılığa gəliblər.