Şotlandiyadakı referendumdan seçicilərin rəy sorğusu açıqlanıb

Şotlandiyada keçiriləcək referendumda seçicilərin rəyi ilə bağlı sorğu açıqlanıb.

YouGov-un sentyabrın 12-də verdiyi açıqlamaya görə, Şotlandiyanın Böyük Britaniyanın tərkibində saxlanmasına respondentlərin 52 faizi səs verib. Respondentlərin 48 faizi isə müstəqillik tərəfdarıdır.

Baş nazir David Cameron sentyabrın 18-də Şotlandiyaya gedib və xalqı Britaniyadan ayrılmamağa cağırıb.

Şotlandiya sentyabrın 18-də müstəqilliklə bağlı referendum keçiriəcək.