Rusiya rublu dəyərdən düşərək yeni rekord vurub

Rusiya rublu ABŞ dollarına nisbətdə ən aşağı rekord həddə düşüb. Sentyabrın 11-də 1 ABŞ dolları 37,57 rubl olub.

Rublun belə enişinə səbəb Avropa Birliyinin sentyabrın 12-dən qüvvəyə minəcək yeni sanksiyalarıdır. Bu sanksiyalar Rusiyanın Qazprom, Rostneft və Transneft kimi şirkətlərinin Avropa maliyyəsinə çıxışını bağlayır.