Ermənistan tərəfinin girov götürdüyü 15 yaşlı Azərbaycan vətəndaşı Cavid Məmmədov geri qaytarılıb. Bu haqda AzadlıqRadiosuna Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən məlumat verilib. Məlumata görə, Cavid Məmmədov sentyabrın 11-də komitənin himayəsi altında keçirilən əməliyyat zamanı Azərbaycan hökumətinə təhvil verilib. Təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş tutub.
Azərbaycan vətəndaşı Cavid Məmmədov 5 sentyabrda Tərtər rayonunun Aşağı Çaylı istiqamətində erməni əsgərləri tərəfindən girov götürülmüşdü.
15 yaşlı Cavid II qrup əlildir. O, Tərtər rayon 2 saylı orta məktəbin şagirdidir.
BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri fəaliyyət göstərir.