ABŞ astronavtı və Rusiya kosmonavtları Yerə qayıdıb

Arxiv foto

İki Rusiya kosmonavtı və NASA astronavtı sentyabrın 11-də Qazaxıstana enib. Onlar Beynəlxalq Kosmik Stansiyada (BKS) altı aya yaxın qalıblar.

Sentyabrın 10-da BKS-nin keçmiş komandiri Steve Swanson və kosmonavtlar Aleksandr SkvortsovOleg Artemyev stansiyaya martda getmişdi.

Rusiyalı kosmonavt Maksim Suraev, NASA astronavtı Reid Wiseman və Avropa Kosmik Agentliyinin astronavtı Alexander Gerst BKS-də qalır.

BKS-a növbəti heyət sentyabrın sonunda yola düşəcək. Rusiya kosmonavtı Elena Serova da heyətə qoşulacaq. O, kosmosda Rusiyadan dördüncü, son 20 ildə isə ilk qadın olacaq.