Pakistan və Kəşmirdə daşqınlarda 440 nəfər ölüb

Pakistanda daşqınlar zamanı

-

Hindistanın nəzarətində olan Kəşmirdə və Pakistanda xilasedicilər yüz minlərlə insanı daşqınlardan xilas etməyə çalışır. Bu, son 50 ildə baş vermiş ən güclü daşqın sayılır.

İki ölkədəki ölü sayı 440 nəfəri keçib. Xilasetmə işlərinin sürəti narazılıq doğurur.

Sentyabrın 9-da Pakistanda rəsmi rəqəmlər 231 nəfərin öldüyünü göstərir. Təkcə bir kənddə 125-dən çox ev dağılıb.

Minlərlə əsgər, polis, fövqəladə xidmət əməkdaşı zərərçəkənlər su, yorğan, digər lazımi əşyalar çatdırır.

Kəşmirdə bütöv kəndlər suya qərq olub, 400 min adam köməksiz qalıb.