Qadın Ruhi Əsəb Dispanserinin adamı dəli edən «haqq-hesabları»

Göygöl rayonunun Qırıxlar kəndində Qadın Ruhi Əsəb Dispanserliyinin yaşlı xəstəsi.

“Mənə bir məmməd ver, mənə də bir məmməd ver!”, - bağlı darvazanın arasından iki cüt göz baxırdı. “Neynəyəcəksən bir məmmədi?” “Çörək alacam”. Göy-Göldəki 8 saylı əqli və fiziki qüsurlu insanların yaşadığı internat evinin önündəydik. Əlimizdə olan bəzi faktlar bizi bura gətirmişdi. Faktlar deyirdi ki, bu internat evinə ayrılan dövlət vəsaitində yeyinti halları mövcuddur. Məhz bunu öyrənmək üçün burda idik. Aytən Fərhadova (solda) və xəstəxananın gənc sakini.

İnternat evinin mühasibi Nigar Şərifovanın sözlərinə görə, burada əvvəllər 115 nəfər yaşayırdı. 2011-ci ilin oktyabrından isə onların sayı artıb. Buna da səbəb Buzovnadakı 9 saylı internat evinin təmirə dayanmasıdır. Buzovna internastının 23 sakini də 115 nəfərə əlavə olub. N.Səfərova: “Hazırda 138 nəfər üzvümüz var. Ərzaq təminatında heç bir problemimiz yoxdur. Dövlət bizi hər şeylə təmin edir...”

Göy-Gölün Qırıxlı kəndində yerləşən internat evinə 2011-ci il 423.522 manat, o cümlədən “dərman-sarğı ləvazimatları və materialların alınması” maddəsinə 18500 manat, ərzaq məhsullarının alınmasına 121.800 manat smeta təsdiq olunub. 2012-ci ildə internata 481.822 manat, o cümlədən dərman-sarğı ləvazimatları və materialların alınmasına 18500 manat, ərzaq məhsullarının alınması maddəsinə isə 178.000 manat vəsait nəzərdə tutulub. Növbəti illərdə də smeta təqribən buna yaxın olub.

Biz internatda olduğumuz gün sakinlər ilə söhbətdən sonra məlum oldu ki, həmin gün günortaya düyü və borş yeyiblər. Bəziləri onlara ət verildiyini desə də, digərləri bunu inkar edirdi...

Mühasibin sözləri: “Əlillərə ət məmulatlarından mal əti, əgər siyahıya salınıbsa, quş əti və balıq əti (konservləşdirilmiş də ola bilər), üç cür şorba bişirilir. Düyü, qarabaşaq, makaron yarması verilir”.

Hazırda ölkədə əqli və fiziki qüsurlu insanların, eləcə də uşaqların yaşadığı bir neçə internat evi var. Bu internat evlərinin beşi Əmək və Əhalinin Sosial Müdafizəsi Nazirliyinin balansındadı. Bunlar: Saray 7 saylı internat evi, Şağan 3 saylı internat evi, Buzovna 9 saylı, Şamaxı 1 saylı ixtisaslaşdırılmış ruhi-əsəb internat evi və Göy-Göl 8 saylı əqli və fiziki qüsurlu insanların yaşadığı internat evidir.

Göy-göldəki internat evini ərzaqla “Sabir” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təmin edir. Cəmiyyətin sədri Zakir Məmmədov internata hər gün 200-250 manatlıq ərzaq verdiyini dedi: “Olur ki, həftədə 1 dəfə, elə də olur ki, 3 gündə 1 ərzaq aparılır. Bu, onların tələbatına baxır”.

Cəmiyyətin sədri Zakir Məmmədov: “Ərzaqların çeşidi çörəkdən tutmuş, qənd, çay, kartof, soğan, düyü, yarma və s.dir. Bir də Maliyyə Nazirliyinin göstərişləri var ki, hər rüb bazar qiymətlərinə uyğunlaşdırılmış ərzaqlar verilməlidi. Ordakı əlillərin də sayı azdır. 80-90 nəfər. 250 manatla nə almaq olar? Ərzağa aylıq 7000 - 8000 manat vəsait ayrılır. Özü də hər il tenderdə iştirak edirəm. Qiymət məni o qədər də narahat etmədiyinə görə uduram. Bir də ki, oranın direktoru Arzu xanım (Söhbət Arzu Həmzəyevadan gedir) bizim yaxın adamdı. Kömək edirəm də. Yoxsa Maliyyə Nazirliyinin rüblük verdiyi qiymətlə bazar qiyməti heç cür uyğun gəlmir. Bankın pulu, 2 faiz vergi, sosial fond, mühasibin pulu, maşın pulu da çıxıldıqdan sonra yerdə 100-200 manat pul qalır”.

İnternat evini ərzaqla təmin edən cəmiyyət sədrinin sözlərinə görə, 10 ilə yaxındır müəssisəsi qeydiyyatdan keçib və 3-4 ildir ki, tenderin qalibi olur. Sahibkar illik müqavilənin bəzən 75000, 80000, bəzən də 82000 manat civarında olduğunu söylədi: “2012-ci ildə 80000 manatlıq müqaviləmiz var”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin Ekspert Qrupunun açıqlamasına görə, bu halda büdcə vəsaitlərinin yayındırılmasından söhbət gedir: “Bu ondan qaynaqlanır ki, tender qanunvericiliyində boşluqlar var. Əvəlla, şirkəti araşdırıb görsəniz ki, müəssisə rəhbərliyinə hər hansı formada yaxınlığı var və bu, tender qanunvericiliyinin pozulmasıdı. Çünki tender qanunvericiliyi maraq ziddiyyətlərini inkar edir..."

"...O ki qaldı bir müəssisənin ərzaq təminatına 178.000 manat vəsait ayrılsın, ancaq müqavilədə 80000 göstərilsin bu, təkcə tender qanunvericiliynin pozulması deyil. Birbaşa büdcə qanunvericiliynin, büdcə sistemi haqqında qanunun tələblərinin pozulması, büdcə korrupsiyasıdır".

Araşdırmadan da məlum olur ki, Göygöl rayonunda yerləşən 8 saylı "Qadın ruhi-əsəb dipanserliyi" üçün ərzaq məhsullarının alınması üçün büdcədən nəzərdə tutulmuş 178min manat vəsaitin 80 min manatı aidiyyatı sahə üzrə xərcləndiyi sənədlərdə göstərilir. Yerdə qalan 98 min manatın isə aqibətindən xəbər yoxdur.

Araşdırmaçı jurnalist Aytən Fərhadova deyir ki, hər il bu İnternat evi üçün büdcədən təqribən bu qədər vəsait ayrılır və təqribən bu qədər də vəsait xərclənir. Aidiyyatı ünvanı üçün vəsaitin xərclənməyən daha böyük hissəsinin başına hansı oyunun gəldiyini müəyyən etmək olmur.

Arzu olunmadığımız Ruhi Əsəb Dispanserliyindən ayrılırıq. Qayıdarkən xəstəxananın arxasındakı məzarlığı görüb ora gedirik. Xəstəxanada müailəcə olunanlar və qorunanlar vəfat etdikdə bu məzarlıqda dəfn edilir. Təbii ki, yaxını və himayəçisi olmayanlar.