Turş su

Gədəbəyin indilərdə məşhurluğunu itirmiş, unudulmuş bulaqlarından "Turş su".

Rayondan kənarda o qədər də məşhur olmasa da, bu bulaq və ətrafı yerli sakinlərin istirahət üçün əsas seçim yerlərindən biridir.

El arasında deyildiyinə görə böyrəklərə çox faydası olan bu bulaq o qədər də güclü qaynamır, amma suyu dadlıdır.

Bulaq Miskinli, Qala kəndindən təqribən 8-10 km uzaqlıqdadır. Yol o qədər də uzaq olmasa da ora getmək hər maşının işi deyil. Sonuncu dəfə ora yolun nə zaman hamarlandığını nə görən, nə də eşidən olub.

Bölgə turizmi üçün həm təbiəti, həm də mineral tərkibli suyu ilə faydalı ola bilən bu əraziyə nəinki turist, heç yerli əhali də gələ bilmir. Meyli bu bulaq suyundan çəkən yaxınlıqdakı kənd sakinləri bura bir çox halda atlagəlməyə məcbur olurlar.

Turş suyun yaxınlığında hərbi hissə olduğundan bura əsgər yaxınları üçün də əlverişli görüş yeridir. Onlar burada piknik edir, çay kənarında əsgər qohumları ilə görüşüb söhbətləşirlər.

Turş suyun yaxınlığında hərbi hissə olduğundan bura əsgər yaxınları üçün də əlverişli görüş yeridir. Onlar burada piknik edir, çay kənarında əsgər qohumları ilə görüşüb söhbətləşirlər.

Qızmar yay günlərində də bu ərazi sərinləmək üçün əlverişli yerlərdən biridir. Amma yuxarıda qeyd etdiyimiz kimi yolların bərbad halda olması insanları bu imkandan məhrum edir.

Amma yenə də bu əraziləri boş görmək mümkün deyil.

Adətən insanlar bura səhər saatlarında gəlib günortadan bir az keçmiş geri qayıdırlar.

Adətən insanlar bura səhər saatlarında gəlib günortadan bir az keçmiş geri qayıdırlar.

Bəzən isə güclü yağış burda dincələn insanların planını pozur, onlar vaxtından əvvəl geri qayıtmağa məcbur olurlar.

Buranın yerli sakinləri göydə qara bulud görən kimi əşyalarını toplayıb geri qayıdırlar. Onlar bilgilidir, amma yerlilərdən fərqli olaraq ətraf bölgələrdən bura gələnlər qara buluda önəm vermədikdə, dərhal yola çıxmadıqda özlərini çətinliyə salırlar. Onlar xəbərsizdirlər ki, bir azdan güclü kölək əsəcək, leysan yağacaq. Qısa vaxt ərzində çayın suyu qalxacaq və Qala kəndində maşın çaydan keçə bilməyəcək.

Qara buludlara önəm verməyib güclü yağış başladığında yolda qalan maşınlar və biz.

Qara buludlara önəm verməyib güclü yağış başladığında yolda qalan maşınlar və biz.

Güclü yağışdan sonra onsuz da təhlükəli olan yollar daha da təhlükəli olur.