Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşları ermənilər tərəfindən girov götürülmüş azərbaycanlı məktəbli ilə görüşüblər.
BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın ANS PRESS-ə verdiyi məlumata görə, BQXK əməkdaşları Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində girov götürülən Azərbaycan vətəndaşı Cavid Məmmədova baş çəkiblər.
Başçəkmədən sonra məktəblinin ailəsinə məlumat çatdırılıb.
Azərbaycan vətəndaşı Cavid Məmmədov 5 sentyabrda Tərtər rayonunun Aşağı Çaylı istiqamətində erməni əsgərləri tərəfindən girov götürülüb.
15 yaşlı Cavid II qrup əlildir və eyni zamanda Tərtər rayon 2 saylı orta məktəbin şagirdidir.
Qeyd edək ki, Erməni əsgərləri dəfələrlə cəbhə xəttinə yaxın kəndlərdə məktəbli uşaqları atəşə tutub. 2011-ci ilin martın 8-də Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən 8 yaşlı Fariz Bədəlov həyətlərində oynayarkən qətlə yetirlimişdi. Ötən ay isə emənilər 2 məktəbiyə atəş açmışdılar. Nəticədə onlar xəstənaya yerləşdirilmişdi.