-
ABŞ-a məxsus kiçik özəl təyyarə Yamayka yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin pilotunun şəxsiyyəti məlum deyil.
Təyyarə Floridanın cənub-qərbində istiqamətini dəyişəndən sonda ABŞ təhlükəsizlik əməkdaşları həyəcan siqnalı verib.
ABŞ qırıcıları təyyarəni o, Kuba hava məkanına daxil olana qədər izləyib.
Nyu-York rəsmiləri təsdiqləyib ki, Roçesterdə əmlak idarəedici Larry Glazer və onun arvadı təyyarədə olub.
Onların hər ikisinin öldüyü bildirilir.