-
Sentyabrın 1-də rus rublu rekord həddə düşüb. Bir dollar 37.39 rubl olub.
Rubl avroya nisbətdə də düşüb, bir avro 49.27 rubla bərabər olub.
Səbəb Ukraynada böhranın güclənməsi və Qərbin Moskvaya qarşı yeni iqtisadi sanksiyaları müzakirə etməsidir.
VTB Capital bildirib ki, Rusiyanın xarici valyuta bazarı diqqəti «geo-siyasi risklərə yönəldib».