Moskvada Xəzəryanı ölkələrin görüşü keçirilib

Foto arxiv

Avqustun 26-dan 28-dək Moskvada Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun növbəti iclası keçirilib.

İclasda dövlət başçılarının bu ilin sentyabrda gözlənilən görüşündə müzakirə ediləcək yekun sənədlər müzakirə olunub.

4-cü Xəzər Sammitində imzalanması nəzərdə tutulan əməkdaşlıq sazişlərinin artıq hazır olduğu bildirilib.

Bu sənədlərdə xəzəryanı ölkələr arasında əməkdaşlığının hüquqi bazasının möhkəmləndirilməsi nəzərdə tutulur.

İşçi qrupunun növbəti iclası Bakıda keçiriləcək.

İclasın vaxtı hələlik müəyyən edilməyib.