-
BMT Suriyadan 3 milyon qaçqın olduğunu deyir. 6,5 milyon insan isə ölkə sərhədlərinə səpələnib.
BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Guterres deyib ki, Suriya münaqişəsi «eramızın ən böyük humanitar böhranı»nı yaradıb.
2011-ci il mayından bəri Suriyada baş verən vətəndaş müharibəsinə görə milyonlarla insan ev-eşiyindən didərgin düşüb, minlərlə həlak olan var.
Suriyanın müharibəyə qədər 23 milyon əhalisi vardı.