Marquez-ə öz paltarını geyindirdilər

Latin Times

-

Kubadakı mum fiqurlar muzeyində yeni eksponat: Gabriel Garcia Marquez!

Bir neçə ay qabaq dünyasını dəyişmiş Nobel mükafatlı Kolumbiya yazıçısının fiquruna yazıçının öz köynəyi geyindirilib.

Həmin paltarları muzeyə Marquez-in ailəsi bağışlayıb.

Bayamo şəhərində yerləşən muzeydə bu yeni eksponatın təqdimatı Kubanın prezidentlikdən getmiş lideri Fidel Castro-nun 88 yaşı tamam olan gün keçirilib.

Marquez Kubada məşhurdur, onun Castro ilə yaxın münasibətləri vardı.

Marquez muzeydə Venesuelanın xərçəng xəstəliyindən ölmüş keçmiş prezidenti Hugo Chavez-lə eyni guşəni bölüşür.

Latin Times