Atletico klubunun baş məşqçisi 8 oyunluq cəza aldı

İspaniyanın Atletico Madrid klubunun baş məşqçisi Diego Simoene növbəti 8 oyundan uzaqlaşdırılıb.

Real Madrid klubu ilə avqustun 22-də Superkubok oyununda hakimin boynuna yüngül də olsa vurduğuna görə Simeone 4 oyunluq cəza alıb.

2 oyunluq cəzanı etiraz etdiyinə görə, 1 oyunluq cəzanı hakimin qərarına əl çaldığına görə, 1 oyunluq cəzanı isə oyundan uzaqlaşdırıldıqdan sonra kənardan göstəriş verməkdə davam etdiyinə görə alıb.

Atletico Reala qalib gələrək İspaniyanın Superkubokunu aldı.

Atletico klubunun sponsoru Azərbaycan Dövlət Neft Şirkətidir.