Qəzzada 7 mərtəbəli bina yerlə- yeksan edilib

İsrail tərəfdən çəkilmiş fotoda Qəzzada atılan raketlər görünür

Qəzza polisi bildirir ki, İsrailin hava hücumları nəticəsində yeddi mərtəbəli ofis binası yerlə- yeksan edilib, iki mərtəbəli kommersiya binasına isə ciddi ziyan dəyib. Rafahdakı sonuncu binada onlarla mağaza var. 7 mərtəbəli binada isə Hamasın ofisi yerləşirdi.

Ticarət binasında yeddi nəfər yaralanıb. Digər binada xəsarət alanlar barədə məlumat yoxdur.

Bu hücumlardan bir neçə saat öncə İsrail Qəzzada 12 mərtəbəli yaşayış binasını dağıdıb. Həmin əməliyyatda Hamasın əməliyyatlar otağının hədəfə alındığı bildirilib.

Bu arada İsrail ordusu bildirir ki, Suriyadan İsrailin anneksiya etdiyi Golan yüksəkliklərinə beş raket atılıb, onlar açıq ərazilərə düşüb.

Misir tərəfləri atəşkəs danışıqlarını bərpa etməyə çağırıb.