Minskdə Ukrayna, Rusiya və Avropa Birliyi liderləri görüşəcək

Ukrayna prezidenti Petro Poroshenko bildirir ki, Avropa Birliyi, Ukrayna və Rusiya liderləri Belarusun paytaxtı Minskdə görüşəcəklər.

Avqustun 26-da olacaq görüşdə enerji təhlükəsizliyi və Ukraynanın şərqindəki münaqişə müzakirə olunacaq.

Poroshenkonun vebsaytı avqustun 19-da yazıb ki, Minsk görüşündə Rusiya ilə birlikdə Gömrük İttifaqının üzvləri olan Qazaxıstan və Belarus liderləri də iştirak edəcək.

Kreml Putinin Minsk görüşündə iştirakını təsdiqləyib.