Tarixi şəxsiyyətlərinin büstləri sərgilənəcək

Arxiv foto

-

Avqustun 20-də İçərişəhərdəki Kiçik Qala küçəsində yerləşən açıq səma altındakı sərgi mərkəzində «Yaşayan tarix» adlı heykəltəraşlıq üzrə festival-sərgi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçiriləcək sərgidə 20 gənc heykəltəraşın bir ay ərzində hazırladıqları Azərbaycanın və dünyanın tarixi şəxsiyyətlərinin büstləri nümayiş etdiriləcək.

Layihənin məqsədi Azərbaycan incəsənətinin və heykəltəraşlıq sənətinin inkişafına təkan vermək, gənc istedadlı heykəltəraşların tapılıb üzə çıxarılması və tanıdılması, eləcə də, professional heykəltəraş və rəssamlarla əlaqələrin yaradılması və möhkəmlənməsi, tanınmış şəxsiyyətlərin büst və heykəllərinin gələcəkdə şəhərin ayrı-ayrı yerlərində yerləşdirilməsinə kömək etməkdir.