Ukrayna böhranı danışıqları «çətin» keçib

Germany -- (L-R) Foreign Ministers of France, Laurent Fabius, of Russia, Sergei Lavrov, of Germany, Frank-Walter Steinmeier (SPD) and of Ukraine, Pavlo Klimkin, during a press conference in Berlin, July 2, 2014

-

Berlində Ukrayna böhranına dair danışıqlar «çətin» keçib, ancaq «irəliləyiş də var». Bunu Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier avqustun 18-də, Rusiya, Ukrayna və Fransadan olan həmkarları ilə beş saatlıq görüşdən sonra deyib. Onun sözlərinə görə, nazirlər öz liderlərinə hesabat verəcək və Ukraynanın şərqində atəşkəs üçün danışıqlar barədə razılığa gəlməyə çalışacaqlar.

Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyayönlü separatçılar arasında döyüşlər gedir. Avqustun 17-də Kiyev bildirib ki, hökumət Luqanskda polis məntəqəsini tutub. Həmçinin ötən 24 saat ərzində Rusiyadan Ukraynaya hərbi avadanlığın keçdiyi bildirilir.

Öncə Ukrayna rəsmiləri yaraqlıların Luqansk üzərində qırıcı təyyarəni vurduğunu bəyan edib.