Natalia Godunko orduya yardım üçün medalını satdı

Arxiv fotosu: Ukraynalı gimnast Ganna Rizatdinova

Ukraynanın dünya çempionu Natalia Godunko-nun orduya yardım üçün hərracda satdığı qızıl medalı onun özünə qaytarıblar.

Ukrayna mediasının məlumatına görə, bədii gimnastika üzrə dünya çempionuna medalı hərracda qalib gələn Ukraynanın deputatı Vladimir Polochaninov qaytarıb.

Natalia Godunko bədii gimnastika üzrə 2001-ci ildə qazandığı qızıl medalı Ukrayna ordusuna yardım üçün 100 min qrivinə - təxminən 7.6 min ABŞ dollarına hərracda satmışdı.